Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » “Vaxtilə Ramiz Mehdiyevin əlini öpənlər…”

“Vaxtilə Ramiz Mehdiyevin əlini öpənlər…”

“Vaxtilə Ramiz Mehdiyevin əlini öpənlər…”
2020-08-02 , 12:59

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov son hadisələrlə bağlı Modern.az saytına müsahibə verib. “Yeni Sabah” onu ixtisarla təqdim edir:

- Bu günlərdə Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin də bir bəyanatı oldu. Aydın oldu ki, bəzi qüvvələr düşünür ki, hakimiyyət daxilində müəyyən qruplaşmalar var. Ramiz Mehdiyev deyir ki, ömrü boyu Heydər Əliyev siyasi kursuna sadiq olub və bundan sonra da olacaq. Sizcə bu nə demək idi?
- Vaxtilə onun qarşısında ikiqat əyilənlər indi haqqında xoşagəlməz sözlər deyirlər. Vaxtilə onun əlini öpənlər bu gün danışmağa başlayıb. Mən bunların hamısının şahidi olmuşam.
- Söhbətimizin əvvəlində ümumi bir fikir oldu ki, xalq son hadisələrdə yekdilliklə birlik nümayiş etdirdi. Amma içimizdə də sizin dediyiniz kimi, bəzi qüvvələr var ki...
- Azərbaycanda 30 min erməni yaşayır. Onların uşaqları, nəsli-nəcabəti var. Onların hamısı bu gün sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparır. Çoxusunun anası, çoxunun arvadı ermənidi... Amma bütün anti-təbliğat aparanlar da onlardır.
- Yaltaqlıq, əl öpənlik məsələsinə toxundunuz. Milli Məclisdən gözlənti var ki, yaltaqlığı qadağan edən bir qanun layihəsi ortaya çıxsın. Bəzən yaltaqlığın pik həddinin şahidi oluruq. Bunun qarşısını necə almaq olar?
- Elələri indi də var. Onları adbaad sadalaya bilərəm. Yaltaqlıq yox, əməli-salehlik etmək lazımdır. Eləmirlər də, bunların da xarakteri belədir.
- Azərbaycanda sürətli şəkildə kadr və struktur islahatları aparılır. Bu siyasət hakim partiyada da gedəcəkmi? Məsələn, rayon partiya rəhbərlərindən xeyli yaşlı adamlar var...
- Axı bizdə qayda-qanun var. Partiyanın rayon təşkilatı sədrini dəyişmək üçün konfrans keçirilir. Koronavirusla əlaqədar konfranslar onlayn keçirilir. İşlərimizi onlayn idarə edirik.
- Bütün rayon təşkilatları ilə bağlı konfrans keçiriləcək?
- Yox, müəyyən qədər addımlar atılır. Həm də bu məsələ yaşla əlaqədar deyil. Adam var ki, yaşlıdı, amma əla işləyir. Adam da var ki, cavandı, heç bir işlə məşğul olmur.
- Son zamanlar bəzi köhnə siyasətçilər, o cümlədən xaricdə yaşayanlar aktivləşiblər. Hətta konkret Rəsul Quliyevin açıqlamaları, təklifləri daha çox diqqət çəkir. Sizcə, onun aktivləşməsi nə ilə əlaqədardır?
- Rəsul Quliyev 30 ildir oturub Amerikada, Amerika xüsusi kəşfiyyatına işləyir, ona görə, oradakı erməni lobbisinin dili ilə danışır. Deyir, Qarabağın bir hissəsini ermənilərə verib, münaqişəni həll etmək olar. Necə yəni? Torpağı vermək olar? Yaxşı xatirimdədir, ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağla əlaqədar bir toplantı keçirirdi. Keçmiş strukturların, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasətçilər hamısı iştirak ediblər. 
Orada məsələ qalxdı ki, Dağlıq Qarabağ Ermənistana verilsin, ətraf əraziləri geri alaq. Cənab Prezident İlham Əliyev də həmin toplantıda iştirak edirdi. Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu fikirləri səsləndirənlərin başına bir oyun açdılar, gəl görəsən. Dedilər ki, Azərbaycanın 1 metr torpağını belə ermənilərə vermək mümkün deyil. Ümummilli lider dedi “bu torpaq sənindir ki, verirsən?” Görün vəziyyət necə idi? Ona görə Rəsul Quliyevin dedikləri sayıqlamadan başqa bir şey deyil.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.