Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » Bakı hava limanında gərginlik: "Buta Airways"in təyyarəsi havaya qalxa bilmədi (FOTO)

Bakı hava limanında gərginlik: "Buta Airways"in təyyarəsi havaya qalxa bilmədi (FOTO)

Bakı hava limanında gərginlik: "Buta Airways"in təyyarəsi havaya qalxa bilmədi (FOTO)
2020-01-13 , 13:26

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan “Buta Airways” şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.




Yenilik.az “Report”a istinadən xəbər verir ki, “Embraer 190” markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.



Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib.



Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.