Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » "Seçkiyə getmək qərarında olsaydım, heç kimin qarşısından geri çəkilməzdim" — Sabiq nzirdən SƏRT REAKSİYA

"Seçkiyə getmək qərarında olsaydım, heç kimin qarşısından geri çəkilməzdim" — Sabiq nzirdən SƏRT REAKSİYA

"Seçkiyə getmək qərarında olsaydım, heç kimin qarşısından geri çəkilməzdim" — Sabiq nzirdən SƏRT REAKSİYA
2020-01-13 , 12:53

“Mətbuatda deputatlığa namizədliyimi kiminsə xeyrinə geri götürdüyüm barədə əsassız yazılara rast gəlirəm. Bu yazıların müəlliflərinə bildirirəm ki, sensasiya axtarışında olmasınlar. Mən hər gün mətbuatla işləyirəm. Bu suala cavab axtaranlar, əgər bu barədə məndən soruşsaydılar, özüm hər şeyə aydınlıq gətirərdim”.



Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov deyib.



O bildirib ki, Sumqayıt 41 saylı seçki dairəsindən deputatlığa namizədliyini Ana Vətən Partiyası (AVP) irəli sürüb: “Ana Vətən Partiyasının bütün respublika üzrə müxtəlif seçki dairələrindən irəli sürdüyü namizədlərin ümumi sayı 60-dan çox olub. Bildiyim qədər onlardan cəmisi 10-u qeydiyyatdan keçib. Mənim namizədliyimin həmin siyahı ilə verilməsi də daha çox AVP rəhbərliyinin təşəbbüsü idi. Ancaq mən namizədliyimin qeydiyyata alınmasını istəmədim və bununla bağlı Sumqayıt şəhəri 41 saylı seçki məntəqəsinin rəhbərinə məlumat verdim. İndi kimsə yazır ki, mən namizədliyimi geri götürmüşəm. Axı imza vərəqələri götürmədən, qeydiyyata düşmədən necə namizəd olmaq olar?



Namizəd olmayan birisi namizədliyini necə geri götürə bilər? Absurddur, deyilmi? Ayıbdır, bir qədər özünüzə hörmət edin, sensasiya yaratmaq xatirinə ağlınızı itirməyin”.



Sabiq nazir bildirib ki, seçkiyə getmək qərarında olsaydı, heç kimin də qarşısından geri çəkilməzdi: “Bundan öncəki seçkilərdədə də iştirak etmək şanslarım olub. Lakin səbəbini izah edə bilməsəm də, ən böyük həqiqət budur ki, paralment auditoriyası məni heç vaxt özünə cəlb etməyib. Yəqin ki, belə əhval-ruhiyyənin formalaşmasında, vaxtılə ölkənin Maliyyə naziri kimi parlament qarşısında dəfələrlə Dövlət büdcəsini müdafiə etməyimin də rolu böyükdür. Bir sözlə, bu auditoriyanın öz həvəskarları var. Mən oranın həvəskarı deyiləm. Doğrusu budur. Orada oturub seçicisi üçün heç nə edə bilməyəcək həvəskarların isə, ora nə üçün can atdıqlarını heç anlaya bilmirəm”. (strateq.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.