Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » Aynur Camalqızının saytında İlham Əliyevə qarşı TƏXRİBAT - FOTOLAR

Aynur Camalqızının saytında İlham Əliyevə qarşı TƏXRİBAT - FOTOLAR

Aynur Camalqızının saytında İlham Əliyevə qarşı TƏXRİBAT - FOTOLAR
2020-07-27 , 13:14

Aynur Camalqızının kurasiyasında olan axar.az saytının ərəb dili bölməsində ölkə rəhbərini hədəf alan məqalə dərc edilib.

 
Sfera.az xəbər verir ki, məqalədə Azərbaycan dövlətinin Qarabağla bağlı mövqeyi barədə dezinformasiya yayılıb.
 
Bildirək ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz "facebook”da paylaşım edib.

Sayman Aruzun yazdığına görə, məqalə birbaşa ölkə başçısına qarşı yönəlib. Sanki Qarabağı geri almaq fikri gündəmdə deyil və Rusiya ilə Azərbaycan hakimiyyəti arasında hansısa alverin getdiyi vurğulanıb.
 
Ekspertlər sözü gedən məqaləni təxribat kimi qiymətləndirir.
 
Bununla belə xatırlatmaq istərdik ki, Aynur Camalqızı dəfələrlə mövcud hakimiyyət, eləcə də mərhum prezident Heydər Əliyev haqqında sərt tənqidi məqalələrə müəlliflik edib. Sonradan isə mövqeyini dəyişərək hətta deputat mandatına sahib olub. Bu günlərdə isə Milli Mətbuatımızın 145 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 
 
İlk dəfə aztoday.az saytında dərc olunmuş Sayman Aruzun paylaşımının görüntülərini təqdim edirik:


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.