Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » HAKİMLƏRLƏ VƏKİLLƏR ARASINDA İLK DƏFƏ ŞAHMAT ÜZRƏ YARIŞ KEÇİRİLDİ-VİDEO

HAKİMLƏRLƏ VƏKİLLƏR ARASINDA İLK DƏFƏ ŞAHMAT ÜZRƏ YARIŞ KEÇİRİLDİ-VİDEO

HAKİMLƏRLƏ VƏKİLLƏR ARASINDA İLK DƏFƏ ŞAHMAT ÜZRƏ YARIŞ KEÇİRİLDİ-VİDEO
2020-06-26 , 16:56

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının birgə təşəbbüsü ilə ilk dəfə hakimlər və vəkillər arasında 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş şahmat üzrə dostluq oyunu keçirilir.


Yarış distant şəkildə onlayn formada təşkil olunmuşdur. Gərgin mübarizə və yaradıcılıq ruhunda keçmiş bu görüş vəkillərdən ibarət yığmasının qələbəsi ilə yekunlaşdı.

Ölkəmizin hüquq ictimaiyyətinin həmrəyliyi, qarşılıqlı səmərəli əməkdaşlığının bariz nümunəsi kimi, bu yoldaşlıq görüşü həm də şahmat kimi inlellektual oyuna olan Azərbaycan hüquq peşəsi təmsilçilərinin maraq və bacarığının göstəricisidir.

Hakimlərdən ibarət yığma komandanın tərkibinə hakimlər Abiddin Hüseynov, Bəxtiyar Məmmədov, Elbəy Abdullayev, Elnur Həsənov, İlqar Dəmirov, İlqar Xələfov, Rəfail Eyvazov, Teyyub Muxtarov daxil idilər. Vəkillərdən ibarət yığma komandanın tərkibinə isə vəkillər Aydın Ələkbərov, Camal Əliyev, Elşən Səfərov, Əkrəm Həsənov, Əziz Eminov, Sənan Süleymanlı, Siracəddin Kərimov, Vüqar Kərimov daxil idilər.

Canlı olaraq təşkil olunmuş oyun vəkil Tahir Əliyev tərəfindən şərh edilmişdir.

Qeyd olunamlıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Azerbaijan attorneys in chess” şahmat komandası Paris Vəkillər Kollegiyası, Odessa Vəkillər Kollegiyası, Peterburq Vəkillər Palatası üzərində dəfələrlə qələbə qazanmış dünyanın bu sahəd vəkillərdən ibarət aparıcı və güclü heyətlərdən biridir.

Qalibləri təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirik.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.