Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » Azay Quliyev: "Azərbaycan polisi əsl fədakarlıq nümayiş etdirir"

Azay Quliyev: "Azərbaycan polisi əsl fədakarlıq nümayiş etdirir"

Azay Quliyev: "Azərbaycan polisi əsl fədakarlıq nümayiş etdirir"
2020-06-03 , 14:10

Millət vəkili Azay Quliyev İnzibati Xətalar Məcəlləsindəki yeni dəyişikliklər əsasında xüsusi karantin rejimində fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələrlə bağlı vətəndaşlara müraciət ünvanlayıb.

Müraciətdə deyilir: 
Hörmətli vətəndaşlar,
Hörmətli seçicilər,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun tarixində təsdiq etdiyi İnzibati Xətalar Məcəlləsindəki yeni dəyişikliklərə əsasən bu gündən etibarən xüsusi karantin rejimində fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr tətbiq ediləcək. Bununla bağlı vətəndaşlardan qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının tələblərinə əməl etmələrini xahiş edirəm. Fərdi qoruyucu vasitələrdən müəyyən edilmiş yerlərdə istifadə etmək hər bir Azərbaycan vətəndaşının vəzifəsi və eyni zamanda sosial məsuliyyətidir. İctimai nəqliyyatda, qapalı iaşə və ticarət obyektlərində, istehsalat yerlərində, dayanacaqlarda, bankomatların önündə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə dövlətin pandemiyanın yayılmasına qarşı apardığı mübarizəyə hər birimiz fərd olaraq dəstək olmalı və beləliklə, həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq.
Bildiyimiz kimi, pandemiya dövründə karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir. Keçən müddət ərzində Azərbaycan polisi infeksiyaya yoluxma riskinin yüksək olmasına baxmayaraq (bir çox hallarda yoluxaraq), vətəndaşlarımızın sağlamlığının qorunması üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu istiqamətdə əsl fədakarlıq nümayiş etdirib. Biz hamımız bundan sonra da polisin xidməti vəzifəsinin yerinə yetirməsinə köməklik göstərməli, onun qaydalara əməl etmək tələbinə anlayış və hörmətlə yanaşmalıyıq. Belə çətin və həssas məqamda məsuliyyətli olmaq əvəzinə polisin qanuni tələbələrini rədd etmək və ona müqavimət göstərmək qətiyyən yolverilməzdir.
Mən inanıram ki, hər biriniz ölümcül virusla mübarizədə həmrəylik nümayiş etdirəcək, məsuliyyətli davranışınız və fərdi qoruyucu vasitələrdən istifadə etməyinizlə bu bəladan tezliklə xilas olmağımıza töhfə verəcəksiniz.
Bu gün xalqın sağlamlığının qorunması və pandemiyanın kütləvi yayılmaması Sizin əlinizdədir.
Bu çətin və məsuliyyətli mübarizədə hamınıza səbr, mətanət və şəxsi fədakarlıq arzulayıram.
Hörmətlə,
Azay Quliyev
Milli Məclisin deputatı

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.