Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » Azərbaycan Respublikası Vəkillər Kollegiyasının şahmat komandası qələbə qazanmışdır

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının şahmat komandası qələbə qazanmışdır

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının şahmat komandası qələbə qazanmışdır
2020-05-31 , 12:27

Mayın 30-da Azərbaycan və Odessa vəkillərindən ibarət komandalar arasında 1-ci Beynəlxalq Onlayn Şahmat Turniri keçirilmişdir. Vəkillərimizdən ibarət “Azerbaijan attorneys in chess” şahmat komandası Odessanın vəkillərindən ibarət “Шахмантая ладья Одессы” yığma komandasına qarşı 13:7 hesabı ilə inamlı qələbə qazanmışdır. Yarış Odessa Vəkillər kollegiyasının təşəbbüsü və təşkilati dəstəyi ilə baş tutmuş, yerli qurumun Youtube və Facebook hesablarında canlı yayımlanmış, beynəlxalq qrossmeyster Mixail Qolubev tərəfindən canlı şərh edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Azerbaijan attorneys in chess” komandası Aydın Ələkbərov, Camal Əliyev, Elşən Səfərov, Elyar Həsənov, Əkrəm Həsənov, Əziz Eminov, Rahim Alışov, Sənan Süleymanlı, Siracəddin Kərimov, Vüqar Kərimov və Tahir Əliyevdən (təşkilati dəstək) ibarət tərkibdə təmsil olunmuşdur. 


Qeyd olunmalıdır ki, analoji yarış may ayının 2-də Paris Vəkillər Kollegiyasının şahmat komandası ilə də keçirilmişdir. Komandamız 26:18 hesabı ilə qələbə qazanmışdır.

Uğurlu qələbələri münasibətilə vəkil-şahmatçılarımızı təbrik edirik.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.