Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » "Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi.." - Afaq Bəşirqızından yeni icra başçısına

"Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi.." - Afaq Bəşirqızından yeni icra başçısına

"Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi.." - Afaq Bəşirqızından yeni icra başçısına
2020-05-22 , 16:31

Xalq artisti Afaq Bəşirqızı Ağstafaya yeni təyin olunan icra başçısı Seymur Orucovun Prezident İlham Əliyev ilə videoformatda görüşü zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.


Hit.Az xatırladır ki, gənc icra başçısı çıxışına 1990-cı illərin əvvəllərindəki vəziyyətdən danışmaqla başlayıb. Halbuki 1984-cü il doğum olan S.Orucovun o zaman 6-8 yaşı olub.Bu mövzu sosial şəbəkələrdə də böyük maraqla müzakirə olunub.

Xalq artisti A. Bəşirqızı da açıqlamasında bu mövzuya toxunub:

"Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər. Ona təqdim olunan bəzi mütəxəssislər çox yararsızdırlar. Elə bu günlərdə Ağstafa kimi ziyalılar məskəninə - Ağstafa, Qazax, Tovuz istər elm, istər mədəniyyət sahəsində öndə gedən rayonlarımızdır, çox güclü mütəxəssislər yetişdirən diyardır - 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir. Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq. Əlbəttə, siz bunu hiss edə bilməzsiniz. Niyə? Çünki sizin artıq dəniz qıraqlarında, çay qıraqlarında, meşələrdə, ormanlarda Azərbaycandan oğurladığınız pullarla gözəl villalarınız, şəraitiniz var. Uçurumun kənarında xalqdır, siz yox".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.