Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » DTX-nın həbs etdiyi nazir müavini haqda maraqlı məlumatlar

DTX-nın həbs etdiyi nazir müavini haqda maraqlı məlumatlar

DTX-nın həbs etdiyi nazir müavini haqda maraqlı məlumatlar
2020-05-08 , 14:17

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovun saxlanıldığını bildirilir.

Yenisabah.az xəbər verir ki, Rafiq Bayramov ölkə başçısı İlham Əliyevin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib.

48 yaşlı nazir müavini 1989-cu ildə Bakıdakı 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində (BDU) təhsil alıb və ali təhsilini də fərqlənmə diplomu ilə başa vurub.

Rafiq Bayramovun əmək fəaliyyətinə gəlincə, BDU-da təhsil aldığı müddətdə universitetin "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib.

1998-1999-cu illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyəti Aparatının ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib.

2001-2003-ci illərdə isə Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi , 2006-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi işləyib. 2014-cü ildən nazir müavini təyinatına qədər Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Rafiq Bayramov həmçinin 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədri olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.