Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » Əhalini zəhərləyən dönərxana yenidən fəaliyyətə başladı - Qoşqar Təhməzli açıqladı

Əhalini zəhərləyən dönərxana yenidən fəaliyyətə başladı - Qoşqar Təhməzli açıqladı

Əhalini zəhərləyən dönərxana yenidən fəaliyyətə başladı - Qoşqar Təhməzli açıqladı
2019-12-29 , 16:47

"Bir iki dönər" dönərxanasında zəhərlənməyə səbəb olan hal aradan qaldırıldıqdan sonra müəssisənin fəaliyyəti bərpa edilib. Amma ora ilə bağlı nəzarət tədbirlri gücləndirilib".

BakuPost xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

AQTA sədrinin sözlərinə görə, “Bir iki dönər"dəki zəhərlənməyə emal prosesindəki nöqsan səbəb olub.
Qeyd edək ki, Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında Bakıda yerləşən "Bir-iki dönər" adlı ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən araşdırmalara başlanılmış və dönərxananın fəaliyyəti məhdudlaşdırılmışdı.

BakuPost

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.