Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » “Gelandewagen” sürücüsü danışdı - Vaqif Əsədovdan AÇIQLAMA - VİDEO

“Gelandewagen” sürücüsü danışdı - Vaqif Əsədovdan AÇIQLAMA - VİDEO

“Gelandewagen” sürücüsü danışdı - Vaqif Əsədovdan AÇIQLAMA - VİDEO
2020-04-05 , 00:41

İki gün öncə bir 90 PJ 095 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması haqqında xəbər yayımlamışdıq. Xəbərdə sürürücünün qayda pozmasının əks olunduğu videonu da sizlərə təqdim etmişdik.

Artıq həmin sürücüyə qayda pozuntusuna görə Xətai rayon DYPŞ tərəfindən protokol tərtib edilib. Biz də YPX.AZ olaraq sürücü ilə əlaqə saxladıq və sürücü hadisə haqqında danışdı. “Gelandewagen” sürücüsü ilə apardığımız söhbət zamanı, sürücünün əslində çox səmimi, vətəninə, millətinə bağlı və birlik-bərabərlik sevən bir insan olduğu hər halından bəlli olurdu. Sürücü etdiyinin qayda pozuntusu olduğunu qəbul etməklə yanaşı hadisələrin tam olaraq videomaterialda göründüyü kimi olmadığını, ortada yanlış anlaşılmaların olduğunu bildirib:
“Əslində mən dayanacaqdım, üstünlüyün qarşıdan gələn nəqliyyat vasitəsində olduğunu təbii ki, bilirəm. Ancaq qarşıdan gələn sürücünün nəqliyyat vasitəsini asta sürətlə idarə etdiyini görüb tez keçmək istədim. Anlaşılmazlıq oldu, mən də bir az əsəbi idim, çünki məlum hadisədən bir qədər öncə bir hadisə ilə üzləşmişdim. Buna görə də qəzəbləndim və mübahisə yarandı. Əslində mənim qəzəbimə səbəb olan şey digər hadisə idi. Ona görədə mən orda əsəbi halda “gəl vur, avtomobilimin üstündən keç” ifadəsini işlətdim. Ancaq bu yanlış anlaşılıb və videonu izləyənlər elə anlayıblar ki, mən onun üstündən keçərəm demişəm. Bu qətiyyən belə deyil.”
Əməkdaşımızın: Bəs sizin videoda səsiniz eşidilir, bəzi ifadələr işlətmisiniz – sualına isə sürücü belə cavab verib:
“Mən onu qınadım, səsimi qaldırdım ancaq o ifadələri ona qarşı işlətmədim. O, yolun hərəkət hissəsində dayanmışdı, arxada avtomobillər var idi, videoda siqnal verən avtomobilin sürücüləri qışqıraraq yolu bağlamısınız deyib, artıq ifadələr işlədirdilər. Mənim işlətdiyim ifadə əslində onlara ünvanlanmışdı və mübahisə etdiyim sürücü daha çox qınanırdı deyə digərlərinə qarşı ona o, ifadəni işlədib dialoqda olduğum sürücüyə də: sür, sənə siqnal verirlər, sür -deyə işarə edib, sürməsini istədim. Videonu izləyənlər elə düşünüblər ki ətrafda yığışan nəqliyyat vasitələri mənim tanıdıqlarımdır və sürücü təklənib. Onlar sadəcə o yol ilə hərəkət edən sürücülərdir. Tam səhf anlaşılmışam və mən normalda nə qayda pozan, nə də mübahisə edən biri deyiləm.”
Sürücü YPX.AZ əməkdaşının: yol hərəkəti qaydalarına əməl edən birisinizmi, bu hadisə haqqında nə deyə bilərsiniz, qeyd etmişdiniz ki, əsəbi idim -sualına isə o, hadisədən bir qədər öncə yaşadığı hadisəni danışaraq cavab verib:
“Mən qaydalara maksimum əməl etməyə çalışan, sürücülərə, piyadalara hörmət etməyi sevən biriyəm. Məlum hadisədən öncə Nobel prospektində sürətlə hərəkət edən “VAZ” markalı bir avtomobilin sürücüsünün yolu keçmək istəyən iki qadını vurmaqdan son anda yayındığının şahidi oldum. Qarşıda sürücünün dayandığını görüb dayandım və iradımı bildirdim. Bunun qarşılığında aldğım cavab məni dəhşətə gətirdi. Həmin sürücü mənə piyada keçidindən keçsinlər, vursam belə günah onlardadır, Rusiyada belədir, piyada günahkardısa ölsə belə günah onda qalır demişdi. Bu düşüncə məni heyfsləndirir, bir insan canı bu qədər ucuz olmamalıdır. Piyada məsuliyyətsizlik edib piyada keçidindən istifadə etmirsə biz sürücü olaraq buna diqqət etməliyik. Onlar fikirli ola bilərlər və ya başqa bir hal ola bilər. Qanunlar insanların təhlükəsizliyi üçündür, onların canına qəsd etmək üçün yox. Biri qayda pozursa siz onun və özünüzün təhlükəsizliyinizi təmin etməyi bacarmalısız. Ən azından bir insan olaraq bunu etməliyik.”
Məsələ ilə bağlı Bakı şəhər Baş Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da YPX.AZ-a açıqlama verərkən sosial şəbəkələrdə sürücünün qayda pozuntusuna görə cərimələnməyəcəyinin əks olunduğu ifadələrin əsassız olduğundan və Azərbaycan Respublikasında qanunun aliliyindən danışıb.
Polkovnik bildirib ki:
“Yayımlanan sujetdən sonra sosial şəbəkələrdə bəzi xoşagəlməz düşüncələr səslənib. Bu yayılan məlumatlar həqiqəti əks etdirmir. Ölkəmizdə qanunvericilik daha üstündür. Bir daha bildiririk ki, qanun qarşısında hər kəs bərabərdir və kim düşünürsəki törətdiyi xəta ilə əlaqəli bəzi sürücülər məsuliyyətə cəlb edilmir, onlar yanılırlar.”
Əlavə olaraq qeyd edək ki, biz xalq olaraq daim birlik və bərabərlik içində olmalı, bir birimizə hörmətlə yanaşmağı bacarmalıyıq. Hər bir Azərbaycan vətəndaşı daim həmrəylik nümayiş etdirməli və istər yollarda, istərsə də digər yerdə aralarında yarana biləcək anlaşılmazlıqları ən uyğun formada yoluna qoymağı bacarmalıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.