Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » Karantinə yerləşdirilən icra başçısının müavinindən xəbər var — AÇIQLAMA

Karantinə yerləşdirilən icra başçısının müavinindən xəbər var — AÇIQLAMA

Karantinə yerləşdirilən icra başçısının müavinindən xəbər var — AÇIQLAMA
2020-03-29 , 13:22

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçib, nəticə pozitiv çıxıb.

Bu barədə Pravda.az-a 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.
E.Nəsirov bildirib ki, A.Dilavərov rayonda karantinə yerləşdirilib: “Müalicə davam etdirilir. Özünü yaxşı hiss edir, immuniteti güclüdür. Ümid edirik ki, tez bir zamanda sağalacaq, fəaliyyətini davam etdirəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.