Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » “Satışda soğan, kartof və göyərti yoxdur” - “Araz”da tərəvəz qıtlığı

“Satışda soğan, kartof və göyərti yoxdur” - “Araz”da tərəvəz qıtlığı

“Satışda soğan, kartof və göyərti yoxdur” - “Araz”da tərəvəz qıtlığı
2020-03-24 , 14:23

Yeni koronavirus epidemiyası ilə bağlı yarana biləcək ən əsas problemlərdən biri kimi ərzaq qıtlığı göstərilsə də, reallıqda Azərbaycan da daxil olmaqla, dünya ölkələrində ciddi ərzaq çatışmazlığına dair hər hansı əhəmiyyətli fakt mövcud deyil. Ölkəmizdə ərzaq çatışmazlığı ilə bağlı hər hansı ajiotaj, çatışmazlıq müşahidə olunmur və hökumət səviyyəsində bütün lazımi tədbirlər görülür.


Lakin “AzPolitika.info”-nun redaksiyasına müraciət edən oxucularımızın bəziləri son günlər xüsusilə də paytaxtımızda əhalinin ən çox üz tutduğu ticarət şəbəkələrindən olan “Araz” supermarketlərində bir çox tərəvəz növlərinin olmadığını bildirirlər. “Üç gündür satışda soğan, kartof və göyərti yoxdur”, deyə bildirən oxucularımızdan biri qeyd edib ki, son günlər bu şəbəkəyə aid bəzi supermarketlərdə ümumiyyətlə meyvə-tərəvəz şöbələri əvvəlki vaxtlarla müqayisədə sönük təsir bağışlayır.
Qeyd olunur ki, nisbətən ucuz və bol seçim imkanı yaradan, tez-tez endirim kampaniyaları təşkil edən “Araz” supermarketlərinin bir çoxunda qiymətlər hər zaman daha münasib olduğundan əhalinin bir qismi məhz bu mağazalardan alış-veriş etməyə üstünlük verib. Lakin son günlər sözügedən mağazalarda meyvə-tərəvəz çeşidi xeyli zəifləyib. Soğan, kartof, göyərti və digər bir çox məhsulların satışı isə ümumiyətlə yoxdur. Hansı ki, digər ticarət obyektlərində, eləcə də bu supermarketlərlə qonşuluqda yerləşən digər ticarət köşklərində həmin məhsullar kifayət qədər geniş çeşiddə təqdim olunmaqdadır.

Bunun nə ilə əlaqədar olduğuna dair məlumat almaq cəhdlərimiz nəticə vermədi. Ancaq “Araz” supermarketlər şəbəkəsinin bu problemlə bağlı mövqeyini dərc etməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.