Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » Almaniyada xəstəxanadan spirt oğurlayan azərbaycanlı tutuldu

Almaniyada xəstəxanadan spirt oğurlayan azərbaycanlı tutuldu

Almaniyada xəstəxanadan spirt oğurlayan azərbaycanlı tutuldu
2020-03-20 , 11:11

Almaniyanın Münster şəhərindəki xəstəxananın anbarından 100 litr dezinfeksiyaedici spirt oğurlayan 28 yaşlı azərbaycanlı tutulub.

BakuPost.az xəbər verir ki, oğurluq faktı fevral ayında qeydə alınıb. Azərbaycan vətəndaşı oğurladığı spirti internet vasitəsilə satışa çıxararkən yaxalanıb. Şübhəlinin Havixbek şəhərindəki mənzilində axtarış aparılıb.
Polis axtarış zamanı xəstəxana inventarına daxil olan spirt qabları aşkarlayıb.

Saxlanılan şəxs isə ona qarşı ittiham aktını qəbul etməyib. Məsələ ilə bağlı cinayət işi açılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.