Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » "Qaydanı pozan KİV-lər cəzasız qalmayacaq" – Mətbuat Şurasından xəbərdarlıq

"Qaydanı pozan KİV-lər cəzasız qalmayacaq" – Mətbuat Şurasından xəbərdarlıq

"Qaydanı pozan KİV-lər cəzasız qalmayacaq" – Mətbuat Şurasından xəbərdarlıq
2020-02-25 , 18:17

"Qara siyahı" ictimai qınağın ən yüksək forması idi. "Qara siyahı"ya qədər müxtəlif prosedurlar vardı. Mətbuat Şurası xətaya yol vermiş KİV-lərə əvvəl tövsiyə edirdi ki, bu problemləri aradan qaldırsınlar. Əgər tövsiyə dinlənilmirsə, o zaman xəbərdarlıq olunurdu. Əgər xəbərdarlıq da dinlənilmirsə, ciddi xəbərdarlıq olunurdu. Yalnız bundan sonra onların adı həmin siyahıya daxil edilirdi".


Bu sözləri Yenisabah.az saytına açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.M.Ələsgərli bildirib ki, "qara siyahı"nın ləğv olunması KİV-lərin ictimai qınaqdan kənar qalacağı anlamına gəlmir:

"Qara siyahı"nın olub-olmaması hansısa KİV qurumuna yol verdiyi xətaya görə ictimai qınaqdan yayınmaq prestiji vermir. Qara siyahı olsa da, olmasa da KİV qurumlarından gələn şikayətlərlə bağlı lazımi ölçü götürülür. Yəni, qaydaları pozan KİV-lərə tövsiyələr verilir, xəbərdarlıq edilir. Hazırda biz tövsiyə, xəbərdarlıq və ciddi xəbərdarlıq formalarından istifadə edirik. Verdiyimiz rəyləri də press-reliz vasitəsilə yayır, ictimailəşdiririk. Bundan sonra hər kəs bilir ki, həmin qurum xətalara yol verən qurumdur və fəaliyyətində nöqsanlar var".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.