Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » Deputatlığa namizədin rəis qardaşı "Qırmızı Körpü"dən niyə uzaqlaşdırılıb? — ŞOK KEÇMİŞİ

Deputatlığa namizədin rəis qardaşı "Qırmızı Körpü"dən niyə uzaqlaşdırılıb? — ŞOK KEÇMİŞİ

Deputatlığa namizədin rəis qardaşı "Qırmızı Körpü"dən niyə uzaqlaşdırılıb? — ŞOK KEÇMİŞİ
2020-02-23 , 17:24

“Müxalif” Aydınlar Partiyasının sədr müavini, 10 saylı Binəqədi seçki daiəsində sabiq namizəd Qorxmaz İbrahimlinin qardaşı, hazırda Biləsuvar gömrük postunun rəisi Ceyhun İbrahimli ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.



Gömrük xidmətindəki mənbənin Demokrat.az-a bildirdiyinə görə, C.İbrahimli 2010-2013 illərdə “Qırmızı Körpü" gömrük postunun rəisi işləyib.


Gömrükdə “qara kassa”nın tüğyan etdiyi həmin illərlərdə C.İbrahimli iş adamlarına sözün bütün mənalarında qan uddurub. Fantastik böyük pullar “qazanan” C.İbrahimli o həddə qədər reallıq hissini itirib ki, hətta “toxunulmaz” sayılan “qara kassa”ya böyük pullar “atıb”. Az sonra Gömrük Komitəsinin o vaxtkı sədri Aydın Əliyev bundan xəbər tutub və məsələni araşdırmaq göstərişini verib.


Araşdırmalar zamanı bəlli olub ki, həqiqətən də C.İbrahimli iş adamlarını soymaqla “qazandığı” pullardan “qara kassa”ya çatacaq hissəni də mənimsəyib. Araşdırmanın nəticələri rəhbərliyə bəlli olduqdan sonra onun işdən və gömrük sistemindən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Mənbə bildirir ki, bundan qorxuya düşən İbrahimli qardaşları hakimiyyətdə olan qohumları vasitəsilə ilə qurtulmağa çalışıblar:



“Bütün cəhdlərə baxmayaraq C.İbrahimlini "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsindən çıxarılıb. Yalnız ona nail ola biliblər ki, xalq şairi Məmməd Arazın qardaşı oğlu olduğunu nəzərə alıb gömrük sistemində saxlayıb, sıravi işə keçiriblər.


Aydın Əliyev Dövlət Gömrük Komitəsinin sədri postundan uzaqlaşdırıldıqdan sonra İbrahimli qardaşları yenidən hakimiyyətdəki qohumları vasitəsi ilə yeni rəhbərlikdən xahiş-minnət ediblər ki, ona yaxşı bir vəzifə versinlər. Bu dəfə istəklərinə nail olublar - C.İbrahimli Biləsuvar Gömrük Postunun rəisi vəzifəsinə təyin edilir. Ancaq gömrükdə şəffaflıq prosesi getdiyindən əvvəlki “qaz-vurub, qazan doldurmaq” mühiti yoxdur. Bununla belə, C.İbrahimli yenə də birinci imkan düşən kimi iş adamlarına, xüsusilə də İranla xırda ticarət münasibətləri qurmuş sadə insanlara problemlər yaratmağa çalışır və onları soymaqla məşğuldur. Bu barədə mediada kifayət qədər informasiya əldə etmək olar.

Image result for Qorxmaz İbrahimli


“Haqq-ədalət carçısı”, “hüquqları pozulan müxalifətçi” Qorxmaz İbrahimlinin seçki kampaniyası məhz iş adamlarının qarət edilməsi hesabına əldə edilən qara pullar hesabına maliyyələşdirilib. Heç bir yerdə işləməyən, komfort həyat tərzi yaşayan Q.İbrahimlinin sürdüyü bahalı maşınlar da məhz qardaşının hədiyyəsi olduğu istisna olunmur.


Maraqlıdır ki, Q.İbrahimli 2010-cu ildə də həmin dairədən namizəd olub və onda qardaşı "Qırmızı Körpü" gömrük postunun rəisi idi. 2020-ci ilin növbədənkənar parlament seçkisində də namizəd olub, indi qardaşı Biləsuvar gömrük postunun rəisidir. 2015-ci ilin parlamet seçkisində isə Q.İbrahimli namizədliyini irəli sürməyib. Çünki onda qardaşı gömrükdə sıravi işdə çalışırdı...
Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.