Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » Əli Həsənova məxsus kampaniya cəbhəçilərin nəzarətində: Aslan İsmayılov niyə hədəfdədir?

Əli Həsənova məxsus kampaniya cəbhəçilərin nəzarətində: Aslan İsmayılov niyə hədəfdədir?

Əli Həsənova məxsus kampaniya cəbhəçilərin nəzarətində: Aslan İsmayılov niyə hədəfdədir?
2020-02-23 , 11:51

Aslan İsmayılovun günahı nədir? Son günlər hüquqşünasla bağlı aparılan kampaniya bu sualın cavabını aktuallaşdırır.


Azərbaycanın ictimai-siyasi, o cümlədən, hüquqşünas cameəsində tanınan, lakin təkcə tanınmağı ilə yox, həm də cəmiyyətin problemlərindən bəhs edən çox az adam, hətta deyərdik ki, bir ovuc insan var. Aslan İsmayılov bu dar cameənin içində olanlardan, yəni cəmiyyətin, vətəndaşın problemlərini dilə gətirən, Azərbaycan insanının maraqlarının müdafiəsi üçün az, yaxud çox olmasından asılı olmayaraq, nəsə etməyə çalışanlardandır. Kimsə bu hüquqşünası sevməyə bilər, fikirləri ilə razılaşmaya və ya onun çıxışlarından narahat ola bilər. Hərçənd, cəmiyyətin nəbzinin döyündüyü sosial şəbəkədə yetərincə auditoriyası olan Aslan İsmayılovun başqalarından fərqli olaraq, bu imkandan şəxsi maraqları üçün yox, vətəndaşların probleminin həlli, cəmiyyətin inkişafı naminə istifadə etdiyi müşahidə olunur. Çıxışlarını izləsəniz, bunun təsdiqinə öz gözlərinizlə şahid olacaqsınız.

Tanınmış vəkilin xitab etdiyi auditoriyanın təsnifatını aparanda da maraqlı məqamlar ortaya çıxır. Əminliklə deyə bilərik ki, bu aidotiyanın səviyyəsi və miqyası bu gün “mənəm-mənəm” deyən müxalifət partiyalarının ümumi eloktaratından qat-qat çoxdur. Burada müxalifətin zəif olması faktoru ilə tanınmış vəkilin fəaliyyətinin miqyası həlledici rol oynayır.


Bu mənzərə fonunda son vaxtlar qaragüruh müxalifətin lideri Əli Kərimlinin Aslan İsmayılovu hədəfə alması diqqət çəkir. Azərbaycan siyasətinə trolluğu gətirən, siyasi mübarizəni özünün cılız ambisiyalarına qurban verən Əli Kərimlinin özünəbənzər komandası ilə tanınmış vəkilə qarşı qarayaxma kampaniyası aparmasının səbəbləri maraqlıdır.

Birincisi: mümkündür ki, Əli Kərimli Aslan İsmayılovun təkbaşına ondan daha çox auditoriyaya sahib olmasını həzm edə bilmir.

İkincisi: belə bir auditoriya Əli Kərimlinin yox, dövlətin, cəmiyyətin, həm də bu dövlətin rəhbəri olan Prezidentin yanındadır.

Üçüncüsü: Son islahatlarla siyasi uçuruma yuvarlanan Əli Kərimli məhz gündəmə gəlmək üçün ictimai çəkisi o və bütün partiyasından üstün olan vəkili hədəfə almaqla özünü gündəmdə saxlamağa çalışır.

Bu səbəbləri uzatmaq da olar, lakin reallıq budur ki, ortada klassik üslubla aparılan qarayaxma kampaniyası var və bu kampaniyanın əsl hədəflərinin nə olduğu maraqlıdır.

Aslan İsmayılov öz potensialı səviyyəsində ölkədə həyata keçirilən islahatlara dəstəyini ifadə edir. Burada təəccüblü heç nə yoxdur, bu gün istənilən normal vətəndaşın etdiyini o da edir. İctimai nüfuzu yüksək olan birisinin, konkret olaraq, Aslan İsmayılovun bu dəstəyi cəmiyyətin məlumatlandırılması baxımından da çox əhəmiyyətlidir. Görünür, Əli Kərimli qaragüruh dəstəsi Aslan İsmayılov üzərindən əslində islahatları hədəfə alır. Çünki həyata keçirilən islahatlar Əli Kərimlinin “ölkədə vəziyyət nə qədər pis olarsa, bizim hakimiyyətə gəlmək şansımız çoxalır” kimi xəstə prinsiplərinə ziddir. Eləcə də, son proseslər xalq-iqtidar tandeminin daha da güclənməsi ilə nəticələnib. Bütün bunlar Əli Kərimlinin, ümumilikdə radikal müxalifətin siyasi ölümünü sürətləndirir. Kampaniyaya bu kontekstdən baxdıqda tanınmış vəkilin hədəf taxtasına çıxarılmasının səbəbləri aydınlaşır.
Lakin bütün bu prosesdə diqqətçəkən detallardan biri də Asllan İsmayılova qarşı eyni kampaniyanın fərqli cinahlar tərəfindən həyata keçirilməsidir. İndiyə qədər hüquqşünas əsasən Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov və ona yaxın çevrə tərəfindən həyata keçirilirdi. Zaman göstərdi ki, tanınmış vəkil Əli Həsənovun Azərbaycan mətbuatının başına istədiyi oyunu açmasına mane olduğu, daha dəqiq desək, ikinci birincini özünə maneə hesab etdiyi üçün ona qarşı hücuma keçmişdi. Əli Həsənov siyasi tarixin arxivinə getdi, lakin onun həyata keçirdiyi kampaniya hələ də davam edir. Bu dəfə kampaniyanın cəbhəçilər tərəfindən həyata keçirilməsi ortada hansısa gizli bağlantıları olan şəbəkə haqda təəssüratlar yaradır.

Əli Kərimli Aslan İsmayılova qarşı köhnə kampaniyanı Əli Həsənovun istəyinə uyğun aparır?

Burada açar sual budur. Konkret faktlar olmasa da, proseslərin analizi və ənənəvi müxalifətin ictimai rəydə “köhnə qvardiya” kimi qəbul edilən, hazırda vəzifədə olmayanlar tərəfindən idarə edildiyinə dair informasiyalar fonunda belə şübhələr yaranır. Bunun cavabını zaman göstərəcək.


Ortada olan fakt isə budur ki, vaxtilə Əli Həsənovun Aslan İsmayılova qarşı apardığı kampaniyanın estafeti indi cəbhəçilərin əlindədir...

Zaur Hacılı
Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.