Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » Məhkəmə DTX əməliyyatı ilə tutulan icra başçısı və digər yüksək vəzifəlilərlə bağlı qərar verdi

Məhkəmə DTX əməliyyatı ilə tutulan icra başçısı və digər yüksək vəzifəlilərlə bağlı qərar verdi

Məhkəmə DTX əməliyyatı ilə tutulan icra başçısı və digər yüksək vəzifəlilərlə bağlı qərar verdi
2020-02-22 , 18:49

Bu gün Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.


Oxu.Az xəbər verir ki, məhkəmə verilən vəsatəti təmin edib və təqsirləndirilən şəxslərin hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib.

Əməliyyat nəticəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Gültəkin Sadıqova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov rüşvət alma və rüşvət vermə əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.