Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » Başçısı həbs edilən Neftçaladan şok görüntülər: İcra başçısını bitirən VİDEO

Başçısı həbs edilən Neftçaladan şok görüntülər: İcra başçısını bitirən VİDEO

Başçısı həbs edilən Neftçaladan şok görüntülər: İcra başçısını bitirən VİDEO
2020-02-20 , 16:33

Xəbər verdiyimiz kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.



Demokrat.az xəbər verir ki, rayon sakinləri icra başçısı İsmayıl Vəliyevin fəaliyyətindən bir neçə dəfə şikayət ediblər.


Sosial şəbəkələrdə yayılan videolarda rayon sakinlərinin yolların pis vəziyyətdə olmasından, qazın verilməməsindən, tikinti sənədlərinin rüşvətlə verilməsindən və digər hallarla bağlı şikayətlərinin görüntüsü yayılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.