«Al Market» yanğın təhlükəsizliyi qaydalarını pozdu

«Al Market» yanğın təhlükəsizliyi qaydalarını pozdu
Tarix : Oxunma : Yorum Yaz

«Al Market» MMC-yə daha bir cərimə protokolu yazılıb.

Pravada.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mirheydər Zeynalovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: Daha əvvəl «Al Market»ə İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddələri ilə bir neçə dəfə cərimə protokolu yazılıb.

İlk yorumu siz yazın