Muğam ustası, Xalq artisti Mənsum İbrahimov Novruz bayramını Dubayda keçirəcək.
Bu barədə Demokrat.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, hazırda Dubay şəhərindədir:
“Mən Novruz bayramını Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirəcəm. Hazırda “Ekspo Dubai” dayam. Burada təşkil olunan konsertdə iştirak edəcəyəm. Səfərimiz 2-3 gün davam edəcək”.