Müğənni Əli Mirəliyev ARB-də yayımlanan «Nahara az qala» verilişində qonaq olub.
Yenisabah.az xəbər verir ki, verilişdə aparıcı müğənniyə bir neçə ifaçı adları çəkərək ondan bu müğənnilər haqqında münasibət öyrənib.
Əli Mirəliyev «Elit-star» Cəmilə haqqında «efirdə oxumaqdan başqa, nə istəyir, etsin. Onun yaxşı at çapmağı var, həm də idmançıdır. İkimizi də nokauta salsa, bir neçə gündən sonra ayılarıq», — deyib.
O, aparıcının «Cəmilə xanımn müğənni Cavanşir Məmmədovun Avroviziyaya arzusuna «bu iş onluq deyil» demişdi. Buna münasibətiniz?» sualına, «Cəmilə, get, işinlə məşğul ol!» — deyə cavab verib.
İmamət İSMAYILOVA