“Getsin, öz işi ilə məşğul olsun” – Fədayədən Tacirlə bağlı açıqlama

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Zaur Kamal “5/5” verilişinin efirində yenicə azadlığa çıxan Fədayə Laçınla telefon bağlantısı yaradıb.
“Yeni Sabah” xəbər verir ki, xanımifaçı həmkarı Tacir Şahmalıoğlu ilə duet söz-söhbətinə aydınlıq gətirib:

“Belə eşitdim ki, paylaşıblar ki, mən rədd cavabı vermişəm. “Rədd cavabı” sərt səslənir. Mən elə deməmişəm. Mən demişəm ki, biz həmişə, onsuz da, toylarda, çəkilişlərdə duet oxuyuruq da. Mən dedim ki, onunla bir daha duet lentə aldırmaq, duet ortağı kimi onunla çalışmaq fikrim yoxdur. Rədd cavabı başqa şeydir. Rədd cavabı o deməkdir ki, getsin, öz işi ilə məşğul olsun. Mən elə deməmişəm”.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı “Qoca” ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Related Articles

050-295-94-79
top