Deputat, oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir – İDDİA

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Deputat, oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir
Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova oğlu Həbib Axundovun dostu Elnur İbrahimovu əfvlə azadlığa çıxarmaq üçün hərəkətə keçməsi iddiası var. Məlumata görə hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Elnur İbrahimova bu günlərdə xəbər çatdırılıb ki, dekabrda əfvlə azadlığa çıxarılacaq.

Elnur İbrahimovun həbsinə qədər də onun Elmira Axundova ilə çox yaxşı münasibətləri olub, deputat onun əsas məsləhətçisi rolunda çıxış edib. Hətta Elnur İbrahimov həbsdən yayınmaq üçün ölkədən qaçmazdan əvvəl Qəbələyə, Elmira Axundovanın qaldığı otelə gedərək onunla görüşmüşdü. Oradan Gürcüstana yollanmış və Moskvaya üz tutmuşdu.

Deputatın məsləhət verdiyi, ondan hesabat aldığı Elnur İbrahimov dələduzluğa görə uzun müddət axtarışda olub. Onun dələduzluq əməli nəticəsində 10-dan artıq şəxsə 8 milyon manat ziyan dəyib. Elnur İbrahimov deputatın oğlu Həbib Axundovla birgə iş üzrə zərərçəkənlərdən pul yığıb biznesə yatırdıqlarını deyiblər. Məbləğ 10 milyonu aşanda isə deyiblər ki, biznes çöküb, pul da yoxdur. Araşdırımalar isə onu göstərib ki, biznes ümumiyyətlə olmayıb. Sadəcə toplanan pulların bir hissəsini sahiblərinə biznesdən gələn gəlir kimi təqdim etməklə qaytarıblar.

İşin maraqlı tərəfi odur ki, Elnur İbrahimovla yanaşı pul toplayan Həbib Axundov sonradan Elnur İbrahimovun işi üzrə zərərçəkən statusuna gətirilib.

Bundan sonra qaçaq Elnur İbrahimov 2016-cı ilin oktyabrında Rusiyada saxlanılaraq, Azərbaycana gətirilib. Qeyd etdiyimiz kimi Elnur İbrahimov Rusiyaya qaçmazdan əvvəl isə Qəbələdə Elmira Axundova ilə görüşüb. Elmira Axundovanın mətbuatda yayılan səs yazılarında deputat dələduzla görüşünü təsdiqləyir. Əfv Komissiyasının üzvü deyir ki, həmin görüşdə Elnur İbrahimov ona işlə bağlı “rasklad” verib. Bu baxımdan Elnur İbrahimovun dekabrda veriləcək əfvlə azad edilməsi iddiası da inandırıcı görünür.

Elmira Axundova bu məsələdən xəbərsiz olduğunu desə də, iş materiallarında Elnur İbrahimov hər dəfə onun yaşadığı ünvana pul apardığını təsdiq edən telefon yazışmaları, SMS-lər var.
Elnur İbrahimov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkum olunub. O, barəsində çıxarılan 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 1 ilini çəkib. //istiqlal.az//

Related Articles

050-295-94-79
top