Stomatoloq serebral iflic xəstəsi olan azyaşlıya belə işgəncə verdi – ANBAAN VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Qazaxıstanda diş həkimi müalicədən əvvəl azyaşlı uşağa işgəncə verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 1-i Qazaxıstanın Aktau şəhərində baş verib. Bununla bağlı videolar sosial şəbəkələrdə yayımlanıb. Belə ki, yayımlanan videolarda ana övladını stomatoloq yanına gətirib. Qadın kabinetdən çıxdıqdan sonra həkim stomatoloq serebral iflic xəstəliyindən əziyyət çəkən azyaşlı uşaqla sərt rəftar etməyə başlayıb. Uşağın hərəkətlərindən hiddətlənən həkim onu silkələyərək yuxarı qaldırıb və stula atıb. Uşağın sakitləşmədiyini görən həkim daha da qəzəblənərək uşağın əllərindən tutub müayinə etməyə cəhd edir. Otaqda iki tibb bacısının olmasına baxmayaraq onlar da uşağa kömək etməyiblər.
Vəziyyətdən xəbərdar olan ana klinikadan çıxdıqdan sonra dərhal polisə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.


Related Articles

050-295-94-79
top