İCRA BAŞÇISI ÇEXİYADAKI ŞİRKƏTİNİ OĞLUNUN ADINA KEÇİRİB

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ziyəddin Əliyevdən daha bir xəbər var. Qubanın icra başçısı xaricdəki şirkətləri ilə bağlı sənədlərin ortaya çıxmasından təlaşlanıb”

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində yazıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib ki, son günlər bəzi məmurlarla bağlı qərarlar Qubanın icra başçısı Ziyəddin Əliyevi ciddi narahat edib və izi itirmək üçün Çexiyadakı şirkətinin təsisçiliyindən imtina edib:

“Çexiya Maliyyə Nazirliyinin reyestr məlumatlarına görə bir həftə əvvəl, yəni oktyabrın 28-də Brnoda fəaliyyət göstərən AZ-SERVİCE NR SRO şirkətinin təsisçisi ilə bağlı dəyişikliklər edilib.

Sənədlərə görə şirkətin 100 faizlik payına sahib olan Ziyəddin Əliyevin adı təsisçilik hüququ ləğv edilib, şirkət bütünlüklə icra başçısının oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib.

Son proseslərdən sonra onun Çexiyadakı şirkətlə tələm-tələsik qərar qəbul etməsi onu deməyə əsas verir ki, bu barədə cənab Əliyevə kimlərsə məsləhət verib.

Reyestrə daxil edilmiş son məlumatlara görə icra başçısının Brnodakı şirkətinin aktivləri 14 milyon 849 min krona (650 min dollar) çatlb.” Xalqxeber.az

Related Articles

050-295-94-79
top