Deputat Mirzəcan Xəlilova ünvanlanmiş qarğış VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Əliqabarlı fəhlənin zəhmət haqqını yeyən milyonçu deputat

Mirzəcan Xəlilov villasında işləyən fəhlələrin haqqını kəsib

185 min manatın böyüyən davası

Z. Əliyev problemin meydana çıxma səbəblərini belə izah edib: “Materialların qiymətləri getdikcə bahalaşdığı üçün bəlli oldu ki, 185 min manat işi sona çatdırmağa bəs etməyəcək. Hesabladıq ki, material və işçilərin zəhmət haqqı üçün 55 min manat da lazımdır. Villa elə-belə villa deyil, qiyməti bir neçə milyon olan böyük saraydır. Biz hesablayıb artımı Mirzəcan müəllimə deyəndə, çox sərt reaksiya verdi və bildirdi ki, bir manat da verməyəcək. O əvvəldən razılaşdığımız məbləği də tam olaraq ödəmədi. 85 min manatın 25 min manatını vermədi. Biz də məcbur olduq işi dayandırdıq. Həm materialları aldığım adamlara, həm də usta və fəhlələrə borclu qaldım. Məcbur olub cibimdən, ordan-burdan borc alıb ustaların pulunu verməli oldum. İndi özüm qalmışam borclu. Onun mənə ümumilikdə 55 min manat borcu var. Hələ də ödəməkdən imtina edir ”. Əliyevin sözlərinə görə, deputat deyib ki, 150 min manat xərc çəkib səni tutduracağam, başına oyun gətirdəcəyəm. Məsələnin bu yerə çatmasından sonra bir sıra yüksək dövlət orqanlarına müraciət edən Əliyevi xeyli süründürüblər. Mirzəcan Xəlilov onun həbs olunması tələbi ilə Abşeron Rayon Məhkəməsinə şikayət verib. Məhkəmə Əliyevi günahkar bilməyib və şikayət üzrə icraata xitam verib. Bundan sonra Mirzəcan Xəlilov Ağdam Rayon Məhkəməsinə şikayət verib. Bu dəfə ondan 100 min manat təzminat ödəməyi tələb edib.

Deputatın həkim qızı gənc qadını analıqdan məhrum edib

Ölkədə deputatlar xalqın başına beləcə oyun açır. Araşdıranda da, məlum olur ki, M. Xəlilov parlamentə çox şübhəli şəkildə gəlib çıxıb. Bunun üçün kimə nə qədər haqq ödəyib, bilmirik. Bircə onu bilirik ki, deputat olmazdan əvvəl də onun dəyəri milyonlarla ölçülən mülkləri olub. “Azərsu” ASC-nin ən böyük layihələrində hər dəfə onun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC tenderlərin qalibi olub. Deputatla bağlı gündəmə gələn başqa bir qalmaqal da həkim qızı ilə bağlı olub. Deputatın qızı Günay Xəlilova Sabirabad sakini Vüsalə Abdullayevanı əməliyyat etdiyi zaman iynəni bağırsağında unutduğu üçün onu ömürlük analıqdan məhrum edib. Gənc ailə bu məsuliyyətsizliklə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə həkimi təqsirli bilməyib və işi qapadıb. Əgər bu deputatlar xalqın səsi ilə parlamentə seçilsəydilər, onlara belə zülm edə bilərdilərmi? Amma görünür ki, onlara xalqın səsi onlar üçün çox da önəmli deyil. Hər şeyin, o cümlədən mandatın alınıb-satıldığı məmləkətdə xalqın səsi kimə lazımdı ki?

Teref.az


Related Articles

050-295-94-79
top