Prezident məmuru sərt danladı: “Niyə məlumat vermirsiniz? Belə olmaz” – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı zamanı Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova iradlar tutub.

BAKU.WS xəbər verir ki, Prezident Şamaxı-İsmayıllı yolunun bərbad olduğunu və bununla bağlı ona məlumat verilmədiyini söyləyib:

“Mən Bakı-Şamaxı yolu ilə gəlmişəm. Yol indi yaxşıdır. Vaxtilə yolun 4 zolağa genişləndirilməsi üçün göstəriş vermişdim. Demək olar ki, başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə yolla biz barışa bilmərik. Siz bu haqda niyə məlumat vermirsiniz? Belə olmaz axı. Biz indi kənd yollarını magistral yol səviyyəsində edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz”.

Hazırda İsmayıllı-Qəbələ yolunun da yaxşı vəziyyətdə olduğunu söyləyən İlham Əliyev Qəbələ-Oğuz yolu ilə bağlı göstəriş verdiyini də xatırladıb. Saleh Məmmədov isə Qəbələ-Oğuz yolunun, həmçinin Qax, Balakən, sərhəddə qədər yolun yüksək səviyyədə bildirib. O, 38- km-lik Oğuz-Şəki yolunun isə pis vəziyyətdə olduğunu söyləyib.

Prezident həmin yolun da düzəldilməli olduğunu vurğulayıb:

“Onu da etməliyik. Deməli, Qəbələ-Oğuz və Şamaxı-İsmayıllı yolu qalır. Siz həmişə deyirsiniz orada sürüşmə olub, düzdür, sürüşmə olub, amma bir yerdədir. Yolun İsmayıllı hissəsi bərbad vəziyyətdədir. Hamısı yamaqdır. Yolun əsası (özülü – red) da yoxdur. Heç vaxt da olmayıb. Elə yamaqlayırsınız, yamaqlayırsınız. Belə olmaz. Mənə təklifləri verin və neçə müddət bitərəcəyinizi deyin”.

Related Articles

050-295-94-79
top