“KİMSƏ CƏSARƏT EDƏ BİLMƏZ” – “HƏCİLƏR “MAŞENNİK”DİR” SÖZÜNƏ ŞƏBNƏMDƏN REAKSİYA

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Müğənni Şəbnəm Tovuzlu izləyicisindən əri ilə bağlı gələn suala sərt cavab verib…
İfaçı ona gələn “Kamil deyir, Həcilər “maşennik”dir. Sizin fikriniz nədi? Sizin Həciniz namaz qılır?” sualına cavabı maraqlı olub:

“Kamil mənim həcimlə yaxındır və dostdur. O bilir hansı həcilərə deyir. Mənim yoldaşım abırlı və mərd insandır, ona kimsə cəsarət edə bilməz o sözü deyə. “Tembole” Kamillə yaxındırlar”.

Xatırladaq ki, idmançı Kamil Zeynallı videomüsahibəsində son zamanların ən çox müzakirə olunan məsələlərindən olan “hacı”lardan da danışıb. O, hacıları kəskin tənqid edib: “Özləri bilirlər həcilər nədirlər? İnan Allaha, özləri güzgüyə baxırlar və görürlər ki, həci adı onlara yaraşmır. Sadəcə gedirlər. Yaxşı edirlər. Allahın evidir. Hər müsəlmanın borcudur getmək. Amma Azərbaycanda həcilərin 90%-i “maşennik”, yalançı, alkaş, oğru, “bandit”dir”.

yeni sabah

Related Articles

050-295-94-79
top