Xırdalan şəhər İcra nümayəndəliyi 83 min manatı kimə ayırıb? – Qəribə tender…

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan müxtəlif şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu gün – 17 oktyabr 2019-cu il tarixində Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi iki özəl şirkətlə – “Morovia” MMC və “Komisso” MMC ilə müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 83 min 197 manat 50 qəpik təşkil edir. Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi “Morovia” MMC-yə “Digər maşın və avadanlıqların satınalınması” üçün 24 min 460 manat, “Avadanlığın satınalınması” üçün 7 min 895 manat, “Bərk inventarın satınalınması” üçün 24 min 475 manat, ” “Komisso” MMC-yə isə “Yumuşaq inventarın satınalınması” üçün 26 min 367 manat 50 qəpik ödəyəcək.
Məsələnin maraqlı və qəribə tərəfi odur ki, şirkətlərdın biri – “Morovia” MMC cəmi 56 gün əvvəl – 22 avqust 2019-cu il tarixində, “Komisso” MMC isə cəmi 4 ay əvvəl – 13 iyun 2019-cu il tarixində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı – Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisini göstərir. “Morovia” MMC “3-cü Mədən, ev 12”-də, “Komisso” MMC isə “1-ci Mədən, ev 43”-də qeydiyyata alınıb.
Çox qəribədir ki, cəmi 2 və 4 ay əvvəl yaranan və 83 min manatdan çox tender udan bu şirkətlər barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin rəsmi veb-səhifəsi və əlaqə vasitələri mövcud deyil. Hətta sosial şəbəkələrdə belə hesabları yoxdur. Üstəlik hər iki şirkət yalnız Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyinin keçirdiyi tenderlərin qalibi olublar.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı…
Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi kotirovka sorğusunu 27 sentyabr tarixində elan etdiyi üçün belə qənaətə gəlmək olur ki, cəmi bir ay əvvəl yaradılan şirkətin peşəkarlığına, təcrübəsinə və idarəetmə səriştəsinə şübhə ilə yanaşılmalıdır…

Teref.az

Related Articles

050-295-94-79
top