Səhiyyə Nazirliyi: “Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır”

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində küçəyə atılan körpənin durumu ilə bağlı məlumat yayıb.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, küçəyə atılan 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

“Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”, – nazirlikdən bildirilib.

Related Articles

050-295-94-79
top