Oqtay Şirəliyev yola salınır – SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI – Nazirlik AÇIQLAMA verdi

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq.
Anews.az bildirir ki, bu barədə Gununsesi.org-a Səhiyyə Nazirliyindəki mənbədən məlumat daxil olub.
Xəbərə görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib.
Nazirin artıq geri dönməyəcəyi barədə fikir qətiləşib.
Qeyd edək ki, yeni baş nazir təyinatından sonra Gununsesi.org bəzi hökumət üzvlərinin də yola salınacağını yazmışdı.
Məsələ ilə bağlı Anews.az-a cavab verən Səhiyyə Nazirliyinin mətbuat xidməti məzuniyyətlə bağlı xəbəri nə təkzib nə də təsdiq etmədi. Bircə məlumat olaraq onu bildiridi ki, hər hansı bir nazir vəzifəsindən azad olunanda bu barədə rəsmi sərəncam imzalanır. 

Related Articles

050-295-94-79
top