Şagirdlər niyə sinifdə saxlanılır? – “Uşaqlar “2” aldıqda valideynləri çağırıb deyirlər ki…”

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dünən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda ötən dərs ilində 4000-dən çox şagirdin sinifdə saxlanıldığına etiraz edib:

“Hansı dövrdə yaşayırıq ki, oxuyub yaza bilməyən şagird sinifdə saxlanılsın. Axı məktəbin əlində müxtəlif imkanlar var ki, həmin uşağa vaxtında təhsil öyrətsin. Ötən dərs ilində daxil olan şikayətlər təhlil olunarkən məlum oldu ki, bu məsələnin arxasında bir çox subyektiv yanaşmalar durur. Şagird əsas fənlərdən qiymət alır, amma musiqi və digər yaradıcı fənlərdən 2 alır. Ümumiyyətlə, təlim tədris prosesinə mane olan, çətin tərbiyə edilən uşaqlar var. Lakin oxumayan şagirdi bir il də geri saldıqda nolur?!”.

Modern.az məsələnin mahiyyətini öyrənməyə çalışıb. Bakının Nərimanov rayonu 45 saylı məktəbin direktoru Nəcibə Axundova saytımıza açıqlamasında bildirib ki, şagirdin sinifdə saxlanılması halları proqramı mənimsəmədikdə baş verir:

“Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva haqlı olaraq bu barədə fikirlərini əsaslandırıb. Əvvəla, şagirdin sinifdə saxlanılmasının səbəbini tapmaq lazımdır. Şagird dərs prosesini yaxşı mənimsəyə bilmədikdə belə hallar olur. Bunun üçün müəllim əlavə dərs məşğələləri təşkil etməli, şagirdlə dərsdən əlavə məşğul olmalıdır. Bu məsələdə müəllim və məktəb direktoru bir arada fəaliyyət göstərməlidir ki, şagird heç olmasa 3 ala bilsin. Burada müəllimlərin də üzərinə məsuliyyət düşür. Çünki müəllim elə etməlidir ki, şagird ona təqdim edilən proqramı mənimsəyə bilsin”.

Məktəb direktoru vurğulayıb ki, şagirdin sinifdə saxlanılması son məqamdır:

“İlkin olaraq uşağın 2 qeyri-kafi qiymətləri varsa və illik qeyri-kafi qiymət alırsa həmin şagird yay tapşırıqlarını əldə edir və payız imtahanına saxlanılır. Payız imtahanını verəndən sonra sinifdən-sinfə keçirilir. Yay dövründə neçə şagirdin tədris ilkini başa vurub və növbəti tədris ilinə keçə bilməsi ilə bağlı məsələlər pedaqoji şurada mütləq müzakirə olunur. 3 fəndən qeyri-müvəffəq qiymət alan şagird yay tapşırığı alır. Ancaq 5 və daha çox fəndən qeyri-müvəffəq qiymət alan şagirdə yay tapşırığı verilmir və payız imtahanına getmir”.

Nəcibə Axundova qeyd edib ki, rəhbərlik etdiyi məktəbdə belə hallar olmur:

“Proqramı mənimsəməyən şagird ona görə sinifdə saxlanılır ki, təkrar mənimsəsin. Ancaq bizim məktəbdə şagirdlər sinifdə saxlanılmır. Əsasən yay tapşırıqlarını hazırlayıb payız imtahanını verir və növbəti sinfə keçir”.
Nəcibə Axundova qeyd edib ki, rəhbərlik etdiyi məktəbdə belə hallar olmur:

“Proqramı mənimsəməyən şagird ona görə sinifdə saxlanılır ki, təkrar mənimsəsin. Ancaq bizim məktəbdə şagirdlər sinifdə saxlanılmır. Əsasən yay tapşırıqlarını hazırlayıb payız imtahanını verir və növbəti sinfə keçir”.

Təhsil eksperti Etibar Əliyev isə düşünür ki, bu məsələdə müəllimin məsuliyyəti daha çoxdur:

“4000-dən çox şagirdin sinifdə qalması kiçik rəqəm deyil. Düşünürəm ki, şagirdləri oxutmaq lazımdır. Bu məsələdə müəllim məsuliyyətli olmalıdır. Sinifdə qalan şagirdlərin sayının çox olmasında repetitorların da təsiri var. Heç birimizə sirr deyil ki, bir çox şagirdlər müəllimlərin keçdiyi musiqi, rəsm kimi qeyri-əsas fənlərə etinasız yanaşırlar. Bu da doğru yanaşma deyil”.

Təhsil ekspertinin sözlərinə görə, bu gün məktəblərimizi epidemiya bürüyüb:

“Şagirdlər hər hansı fəndən 2 aldıqda valideynləri çağırıb deyirlər ki, “gəlin uşağınızı məktəbdən aparın”. Bu da çox pis haldır. Nəyin bahasına olursa-olsun şagirdləri məktəbdə oxutmaq lazımdır. Uşaqlar ibtidai təhsildən orta təhsil pilləsinə gəlib çatıblarsa, elementar formada fənlərin mənimsədilməsində müəllimlər məsuliyyət daşıyırlar. Hesab edirəm ki, bu da ciddi məsələdir. XXI əsrin müəllimi Sovet dövrü müəllimindən fərqli müəllim olmalıdır. Çünki informasiya cəmiyyətində yaşayırıq. İnformasiya cəmiyyətində yaşadığımızdan istənilən anda şagirdin hər hansı davranışına görə valideynlə ünsiyyət qurmaq imkanına malikdirlər. Düşünürəm ki, bu, şagirdlərin məsuliyyətindən daha çox məktəbin məsuliyyətidir”.

Related Articles

050-295-94-79
top