NAZİRİN BACISININ YANLIŞ MÜALİCƏSİ… – GİLEY

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Göyçay sakini Rüfət Quliyev səhhəti ilə bağlı problemdən şikayətlənir. 2005 ci ildən xəstə olduğunu bildirən vətəndaş Gözətçiyə açıqlamasında deyir ki, səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyevanın illərə müalicəsini alıb. Təyin etdiyi bütün dərmanları xaricdən küllü miqdarda vəsait hesabına gətizdirib ( Avonex, CİNNOVEX, Metaksontron )

Lakin vətəndaşın bildirdiyinə görə aldığı müalicələr əks reaksiya verib və tədricən yataq xəstəsinə çevirilib: “Ayaq üstə həkimə müraciət etmişəm. Oradan əlil arabası ilə çıxmışam. Məndən illər əvvəl bu xəstəliyə tutulanlar ölkə xaricində Məsələn : Türkiyə, İsrail, Misirdə yaxşı həkimlərə müraciət ediblər. Onların müalicəsindən sonra hələ də ayaq üstə dirlər”

Rüfət Quliyev bildirir ki, müraciətinin əsas səbəbi şikayətini aidiyyatı qurumların eşitməsdir:

“Mən ona görə müraciət edirəm ki, əgər baxış sayı artsa , onların adları nə qədər çox hallansa bəlkə onda mənimlə maraqlanarlar. Mən onlardan çox böyük nəsə istəmirəm. Sadəcə mən istəyirəm ki, mənimlə maraqlansınlar və mənə mümkün olan köməyi göstərsinlər.Mənim vəziyyətim çox ağırdır.”

dia.az

Related Articles

050-295-94-79
top