HADI RƏCƏBLİDƏN DAHA BİR QALMAQALLI TƏKLİF – RUSİYADA İŞLƏYƏNLƏR PUL ÖDƏSİN

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajı dövlətlərarası konvensiyada olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb:

“Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. Ona görə də insanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq”.

Related Articles

050-295-94-79
top