“Seçki vasitəsilə Azərbaycana müdaxilə etməyə cəhd göstərə bilərlər” — MSK sədrindən SENSASİON AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. Azərbaycanda siyasi sabitlik seçkilərin təhlükəsiz keçirilməsi üçün birinci göstəricidir”.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.


MSK sədri qeyd edib ki, Azərbaycanda seçki sistemi Avropa standartlarına uyğunlaşdırılıb: 

“Seçki sistemi təkmilləşdirilib, zamanla qanunvericiliyə müvafiq dəyişiklikər edilir. Ölkədə seçkilərin təşkilində siyasi iradə ortada olub. Müəyyən qarşıdurmaya cəhdlər olub. Amma bunlara baxmayaraq nailiyyətlər əldə etmişik. MSK-nın seçki işi ilə əlaqəli olan beynəlxalq qurumlarla əməkdaşlığı davam edir. Bəzi hallarda Azərbaycandakı seçki sistemini bəyənməyiblər, biz onlara izah etmişik, müzakirələr aparmışıq. Hazırda ucqar rayonlarda da səsverəmənin həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Bununla belə, arxayınlaşma olmamalıdır. Bilirsiniz ki, seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər. Dünya durduqca bu cür problemlər də olacaq, çəkinmək lazım deyil. Dairə seçki komissiyalarının sədrləri xoşagəlməz halların baş verməsindən sığortalanmayıb. Seminar-müşavirə keçiririk ki, xoşagəlməz halların sayı az olsun. Dünyanın heç bir yerində ideal seçici siyahısı tərtib etmək mümkün deyil”.(Report)

Related Articles

050-295-94-79
top