AĞSUDA KÖHNƏ BAŞÇI ARANI QARIŞDIRIR? – İDDİA

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, Ağsuda təxminən 200-ə yaxın yerli sakin təzə icra başçısı Vahid Tağıyevin qəbuluna düşmək istəyib. Amma nədənsə icra başçısı narazı vətəndaşların əksəriyyətini qəbul tmək istəməyib ki, bu da haqlı olaraq narazılıq yaradıb.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, sözügedən olayla bağlı araşdırmalar aparan yeni icra başçısı rayonun əvvəlki rəhbəri Ənvər Seyidəliyevdən şübhələnməkdədir və hətta bu yöndə müəyyən fikir dartışmaları da olub.

Mənbənin söylədikləri: “Çünki əsas etirazçılar zamanında Seyidəliyevə yaxın olanlardır. Bu da haqlı olara köhnə başçının rayonda qarışıqlıq yaratma cəhdi kimi dəyərləndirilir. Hər halda, Ağsuda problem varsa, bu problem bu gün yaranmayıb. Bu problemin bu gün ifadə olunması isə çox maraqlıdır”.

Əlavə bilgilərimiz olacaq. Adları çəkilən tərəfləri dinləməyə hazırıq…

Xalqxeber.az

Related Articles

050-295-94-79
top