ELMAR VƏLİYEVİN DAHA BİR LEGİONERİ VƏZİFƏSİNİ İTİRİR – TƏRTƏRİN YENİ BAŞÇISI KİM OLACAQ?

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

2006-2014-cü illərdə Yevlaxın icra başçısının müavini işləmiş Müstəqim Məmmədovun Tərtərə icra başçısı təyinatı Gəncənin sabiq şefi Elmar Vəliyevin gur-gur guruldayan vaxtlarına təsadüf edirdi. Bərdə, Tərtər, Yevlax və Gəncəni tam nəzarətinə almış Elmar Vəliyevin güllələnməsi ilə vəziyyət kökündən dəyişdi.

Ən nəhayət Elmar Vəliyevin yoxluğu Tərtərin icra başçısı Müstəqim Məmmədovun da işini çətinləşdirib. Sanki onları Elmar Vəliyev idarə edirmiş… Vəliyev yoxdur və bu kadrlar kələfin ucunu tamam itiriblər.

Son 6 ayda Tərtər icra başçısı Müstəqim Məmmədovun əməlləri və rayondakı problemlərin gün-gündən çoxalması ilə bağlı Prezident Administrasiyasına göndərilən şikayət məktublarının sayı hesabı yoxdur. Hələ mətbuata ünvanlanan şikayətlərin çoxluğu da öz yerində.

Bu əsanada Bizimxeber.az-a daxil olan məlumata görə, Müstəqim Məmmədov artıq özü də işləmək istəmir və vəziyyətin günü-gündən ağırlaşdığını bilir. Son gnlərə kimi Elmar Vəliyevin hansısa bir vəzifəyə aparılacağına ümid edən icra başçısı son günlər bunun mümkün olmadığını əminliklə öyrənib. Odur ki, hansısa yollarla vəzifədən uzaqlaşmağa çalışır. Hətta onun Administrasiyadakı kuratorlarına “daha işləmək istəmirəm” kimi mesajların çatdırdığı ilə bağlı məlumatlar var.

Hətta səhhəti ilə bağlı müalicəyə getməyə icazə verilmədiyi də məlumatlar sırasındadır. Bis sözlə, Müstəqim Məmmədov artıq Tərtəri itirib. yerdə qalan rəsmi qərardır….

Bizimxeber.az

Related Articles

050-295-94-79
top