“Könlü balıq istəyənin”… – Bakıda 3 manata saxta qara kürü satılır

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Paytaxt mağazalarını Rusiyadan, Ukraynadan və Çindən gətirilən donmuş balıqlar və ucuz kürü məhsulları bürüyüb; əməkdaşımız qiymətləri araşdırıb…

Bakı mağazalarını Rusiyadan, Ukraynadan, qismən də Çindən gətirilən dondurulmuş balıqlar və ucuz kürü məhsulları bürüyüb.

Şəhərin supermarketlərinin soyuducularında 200 manatdan 8 manata, hətta 3 manat 75 qəpiyə qədər qara və qırmızı kürü, o cümlədən dondurulmuş xek, forel balıqları satılır.

Həftəsonu “Yeni Müsavat” üçün reportaj hazırlayarkən baş çəkdiyimiz bir neçə marketdə bu məhsulların şahidi olduq.

Öyrəndik ki, donmuş forel 12 manat 30 qəpikdən, donmuş xek balığı 7 manat 90 qəpikdən satışdadır.

Bundan başqa, “İkra Caviar” 3 manat 75 qəpik, “İkra Santa Bremor” 6 manat 90 qəpiyə satışa qoyulmuşdu.

Ən maraqlısı “İkra Keta Losos” qara kürüsünün 210 manata təklif edilməsiydi. Halbuki, normal qara kürü bazarda 1500 manatdan aşağı satılmır.

Araşdırma zamanı onun da şahidi olduq ki, berj balığının kilosu 20 manat 50 qəpik, xanı balığı 6 manat 90 qəpik, şuka 11 manat 40 qəpikdir. Həmçinin, xəşəm, sazan və s. balıq növlərinin satıldığını gördük.

Market satıcılarının sözlərinə görə, istər donmuş balıq, istərsə kürü məhsulları əsasən Həştərxandan, Dağıstandan gətirilir. Eyni zamanda “damba”larda yetişdirilən balıqlar mağazalarda üstünlük təşkil edir.

Amma bu məhsulların alıcıları o qədər çox deyil. Çünki Xəzərin və Kürün balıqlarının dadını bilənlər donmuş balıqlara, ucuz qara kürüyə yaxın getmirlər.

Sadəcə, qiymət ucuz olduğuna görə restoranlara, şadlıq saraylarına kürü, habelə dondurulmuş balıqlar daşınır.

Əsasən də bu aylarda donmuş balığa üstünlük verilir. Mağazalarda müşahidələrimiz zamanı skumbriya balığının 11 manat 50 qəpiyə satıldığını öyrəndik.

Marketlərdə sazan (çəki) balığı bol olsa da, kütüm (ziyad) balığına demək olar ki, rast gəlmədik. Satıcıların dediyinə görə, kütüm hələ ki, gəlmir.

Yeri gəlmişkən, Lənkəranda bazarlarında da hazırda ən çox alınan kütüm balığı qıtlığı yaşanır. Balıqçılar havaların soyumasını, oktyabrın sonunu gözləyirlər.

Odur ki, Rusiyadan gələn müxtəlif balıqlar, “damba” məhsulları, donmuş balıqlar marketlərin vitrinlərində liderlik edirlər.

Belə iddialar da də səslənmişdi ki, Çindən gətirilən dondurulmuş balıqların üzərindəki etiket dəyişdirilərək yenidən satışa çıxarılır.

Amma əsasən Rusiya və Ukraynanın dəniz məhsulları bazarlarımızda hökmranlıq edir. Rəsmi məlumata görə, təkcə ötən il Azərbaycan Ukraynadan 60 tondan çox dondurulmuş balıq idxal edib.

Qeyd edək ki, tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir.

Mağazalarda, bazarlarda, əsasən, diri, soyudulmuş, dondurulmuş, hisə verilmiş və qaxac edilmiş, həmçinin duzlu və konserv edilmiş balıq və digər dəniz məhsulları satılır.

Bunların arasında keyfiyyətini dəyişmiş dəniz məhsullarının satılması istisna edilmədiyi üçün ekspertlər balıq alarkən diqqətli olmağı tövsiyə edirlər.

Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlak etməlidir.

Mağazalarda, bazarlarda, 1əsasən, diri, soyudulmuş, dondurulmuş, hisə verilmiş və qaxac edilmiş, həmçinin duzlu və konserv edilmiş balıq və digər dəniz məhsulları satılır.

Bunların arasında keyfiyyətini dəyişmiş dəniz məhsullarının satılması istisna edilmədiyi üçün ekspertlər balıq alarkən diqqətli olmağı tövsiyə edirlər.

Balığın yaxşı görünməsi, pis qoxu verməməsi onun keyfiyyətli olması üçün əsas deyil. Bəzən olur ki, dondurulmuş balıq alırıq. Alanda məhsul keyfiyyətli görünür. Ancaq donu açılan zaman qoxu verir və əti parçalanır.

Balıq əti tez xarab olan qida məhsullarına aid edilir. O, normal rejimlərdə saxlanılmadığı zaman ətinin tərkibində toksin maddələri yarana və zəhərlənmə baş verə bilər.

Qida ekspertlərinin fikrincə, normal saxlanma rejimində donmuş halda balıq ətində toksiki maddələr yarana bilməz. Ovlanmış balıq düzgün rejimlərdə saxlanarsa, yenə də heç bir mənfi təsiri ola bilməz.

Ekpsertlər hesab edir ki, xaricdən gətirilən balıqlar zəhərlənmə verirsə, deməli, onlar düzgün saxlanmayıb. Həmçinin balıqların yaşadığı mühitdə zərərli, zəhərli birləşmələr olarsa, onlar bu haldan zəhərlənə bilərlər.

Təzə balığın səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış, gözləri parlaq olur: Təzə balığın qəlsəmələri spesifik təzə balıq iyinə malik olur və tünd qırmızı rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır.

Qəlsəmələri boz, əti boşalmış, gözü bulanıq olan balığı almayın, çünki bu, onun köhnəliyinin göstəricisidir.

Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur. Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz, köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur.

Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə dəyir, lakin tökülmürsə, deməli balıq təzədir. Yayda təzə balığı mağazada 24, soyuq vaxtlarda 48 saat saxlamaq olar.

Duzlu balıq çəlləklərdə 4-9 ay, yeşiklərdə 4 aya qədər, xüsusi paketlərdə vakum şəraitdə 20-25 sutka, vakumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar 2 aya qədər müddətdə saxlanıla bilər.

Related Articles

050-295-94-79
top