“Bələdiyyəyə vergi vermirsiz, ancaq nəsə tələb edirsiz” – Arif Rəhimzadə

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Bu ilin sonu keçiriləcək ələdiyyə seçkilərinin nəticəsi yaxşı olacaq. Hesab edirəm ki, buna ümid etmək lazımdır”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədri qeyd edib ki, bələdiyyələrin işləməsi üçün büdcə olmalıdır:

“Bələdiyyələrin fəaliyyətini mən də daxil olmaqla tənqid edirik, ancaq bələdiyyələrin fəaliyyətində çox yaxşı hallar da var. Qanunvericilikdə bununla bağlı yaxşı işlər əks olunub. Məsələn, bələdiyyənin işləməsi üçün nə lazımıdr?! Təbii ki, büdcə… Büdcəni təşkil etməkdən ötrü əhali ilə bələdiyyə arasında əlaqə olmalıdır. Siz mənzilinizin vergisini bələdiyyəyə verirsiz?! Vermirsiz. Ancaq bələdiyyədən hamı nəsə tələb edir. Gərək biz də öz məsuliyyətimizi bilək və qarşılıqlı əlaqə olsun. O zaman bələdiyyənin işi daha yaxşı olacaq”.

Arif Rəhimzadə bələdiyyələrin sayının azalması məsələsinə də toxunub.

“Bələdiyyələrin sayının azalması fikirləri doğru deyil. Tutalm ki, bir kənddir. Onun ərazisini 30-40 km uzaqlıqdakı kəndlə birləşdirmək olmaz. Bu məsələ qaldırlıb əsaslnaıdırldıqdan sonra bələdiyyələrin birləşməsi mümkün ola bilər. Ancaq hazırda bələdiyyələrin sayının azaldılması ilə bağlı məsələ yoxdur”, -deyə komitə sədri bildirib.

Related Articles

050-295-94-79
top