“AZPETROL” PREZİDENTİN TAPŞIRIQLARINI SAYMIR?

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaqycan Prezidenti İlham Əliyev ölkədə nağdsız ödənişlərin artması ilə bağlı ishlahatlar həyata keçirir, sənədlər imzalayır, tapşırıqlar verir. Lakin görünən budur ki, bəzi məmurlar və iş adamları ya bunları görmür, eşitmir, ya da özünü görməməzliyə, eşitməməzliyə vurur.

Belə ki, hələ bu il iyulun 31-də Prezident sosial-iqtisadi sahə ilə bağlı keçirtdiyi müşavirədə nağdsız ödənişlər məsələsinə toxunmuş və öz iradlarını bildirmişdi. Prezident bildirmişdi ki, “Biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər”.

Prezident həmçinin qeyd etmişdi ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir.

Bəs gəlin görək iri sahibkarlar Prezidentin bu tapşırığından hansı nəticəni çıxarırlar? Yenilik.Az redaksiyasına daxil olan şikayətə görə, Sumqayıt şəhərinin düz ortasında, 5-ci mikrorayonda yerləşən və və yenicə əsaslı təmirdən çıxan “Azpetrol” YDM-də əvvəl 8 benzin dispenseri xidmət göstərirdisə, təmirdən sonra 12 dispenser fəaliyyət göstərir. Lakin hər dəfə debit kartla çənə yanacaq vurdurmaq istədikdə problem yaranır. Belə ki, ya YDM-nin post-terminallarında problem olur, ya da gözləmək lazım gəlir. Çünki deyilənə görə, “Azpetrol” YDM-də post terminallara cəmi 1 nəfər xidmət edir və guya başqa şəxs bu işlə məşğul ola bilməz. Həmin 1 nəfər isə gah tapılmır, gah işi çox olur, bir sözlə fəlakət. Bu isə Prezident İlham Əliyevin cəmi 2 ayn öncəki tapşırığını saymamaqdır. Bu insanları nağdsız ödənişdən iyrəndirmək, nağd ödənişə istiqamətləndirməkdir. Elə şikayətçi də bildirir ki, “mən artıq gecikməmək üçün yanacağı nağd pulla almağa məcburam. Ən böyük dərd budur ki, Vergilər nazirliyi də bununla bağlı tədbir görməkdə acizdir.

Qarşı tərəfin mövqeyini öyrənmək istədikdə YDM əməkdaşlarından biri bildirdi ki, posüt-terminala 1 nəfər xidmət edir, ona görə gecikmə yaşanır.

Related Articles

050-295-94-79
top