BAKIDA MƏŞHUR MAĞAZA DƏLƏDUZLUQDA İTTİHAM EDİLİR, MAĞAZA RƏQİBİNDƏN ŞÜBHƏLƏNİR

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakının mərkəzində yerləşən “Royal” musiqi alətləri mağazası dələduzluqda ittiham edilir.
Yeniavaz.com xəbər verir ki, “Facebook” istifadəçisi olan şikayətçi mağazada satıcıların müştəriləri aldatdıqlarını bildirir: “Mənə məşhur, orijinal Almaniya istehsalı kimi təqdim etdikləri “Johannes Sailer” pianosu tər-təmiz Çin məhsulu imiş. Eyni zamanda, həqiqətən, Almaniyanın məşhur “Sailer” brendinin markasının adından istifadə edirmişlər. ABŞ istehsalı dedikləri “Kohler and Campbell” pianosu, Koreya mənşəli “Samick” firmasının İndoneziya zavodlarından çıxmış məhsuldur. “Ritmüller” və “Kayserburg” da Çin istehsalı imiş. Məsələ Çin və ya başqa ölkələrin mallarına yuxarıdan aşağı baxmağımda deyil. Ancaq bu mağaza açıq-aşkar Çin malına Almaniya, ABŞ məhsulu adı qoyur. Pianino 200-300 manatlıq bir şey deyil, 5-15 min, hətta 30 min manatlıq məbləğdən söhbət gedir”.
Məsələ ilə bağlı mağazadan “report”a bildirilib ki, hazırda pianino bazarında böyük rəqabət var: “Mən əmin edirəm ki, bu, rəqib mağazanın sifarişli şikayətidir. Şikayəti olan şəxs birinci mağazaya yaxınlaşıb narazlığını bildirərdi. Biz də ona sənədi-sübutu təqdim edərdik. Son bir ildə və ondan əvvəl bizə belə mövzuda şikayət edən olmayıb. Əminliklə deyirəm ki, bu, qərəzli bir şikayətdir”.

Related Articles

050-295-94-79
top