UCARDA DİŞİNƏ İYNƏ VURULAN ŞƏXS ÖLÜB

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ucarda ölüm hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Ağdam rayonundan məcburi köçkün, 1961-ci il təvəllüdlü Arzu Əşrəf oğlu Agayevin diş ağrısı ilə həkimə müraciət edib. Həkim onun dişini çəkmək üçün ağrıkəsici iynə vurub. İynə vurulduqdan sonra xəstənin halı pisləşib və o, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

050-295-94-79
top