Cəlilabadda tanınmış jurnalistin qohumları döyülüb – Təfərrüat

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
Alar kənd sakinləri – 1988-ci il təvəllüdlü Mehdiyev Farid Azad oğlu və onun əmisi qızı, 1985-ci il təvəllüdlü Mehdiyeva Böyükxanım Füzuli qızı döyülüblər.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkənlərin yaxınlarının verdiyi məlumata görə, Fərid və Böyükxanımı elə öz qonşuları Abbasov Əlniyaz, Abbasov Nəzər, Abbasov Sənan, Abbasov Aydin, Adışov Emin və Mikayılzadə Şahmur döyüblər.

Qeyd edək ki, zərərçəkən şəxslər tanınmış jurnalist İlkin Şakiroğlunun yaxın qohumlarıdır.

Teref.az olaraq faktla bağlı İlkin Şakiroğlunun özü ilə əlaqə saxladıq. Hadisəni təsdiqlədi.
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb. xəsarət yetirən şəxslər polis şöbəsinə gətiriliblər.
Teref.az

Related Articles

050-295-94-79
top