“Onun görüm mənim kimi ruhu ağrısın” – Oğlunu itirən Zöhrə Abdullayeva – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Övladını itirən əməkdar artist Zöhrə Abdullayeva uzun müddətdən sonra efirə çıxıb.

Sənətçi Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən”də qonaq olub.

Övlad itkisinin belini bükdüyünü və hələ də özünə gələ bilmədiyini bildirən Zöhrə Abdullayeva efir vasitəsi ilə sosial şəbəkələrdə barəsində xoşagəlməz şərhlər yazanlara üzünü tutub:

“Hərdən mənə gəlib çatdırırlar, özüm də oxuyuram şərhləri, “coment”ləri. Bir də görürsən ki, biri yazır ki, “Əcəb oldu, Zöhrə çox göylə gedirdi. Bunu nə qədər gərək manqurtalaşasan, insani hisslərin itə, yeganə balasın itirən anaya sən bu sözü yazasan. Mən onu yazana da bala dağı arzulamıram. Bircə şey arzulayıram, mənim kimi ruhu ağrısın, mənim kimi ruhu sancsın, yerlə göy arasında yaşasın. Mən bunu arzulayıram”.

Əməkdar artist mövzuya “Bilirsən, camaatın mənimlə işi yoxdur. Öz içimiz yazır bunu” fikirləri ilə yekun vurub.

Qeyd edək ki, Z.Abdullayeva ötən il beyn xərçəngindən əziyyət çəkən oğlunu itirib. Övladı dünyasını dəyişəndən sonra müğənni sənətdən və efirlərdən uzaqlaşıb.

milli.az

Related Articles

050-295-94-79
top