Bakıda iki müəllim musiqi məktəbinin direktorunu şantaj edərək 25 min manatını alıb

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda musiqi məktəbinin direktorundan hədə-qorxu pul tələb edilib.

APA-nın məlumatına görə, Binəqədi rayon ərazisində fəaliyyət göstərən məktəbin direktoru B.Y (şərtidir) hüquq-mühafizə orqanlarına şikayət edərək iki nəfərin ona hədə-qorxu gələrək 25 min manat pulunu aldıqlarını bildirib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Arif oğlu Aslanov və Namiq Şəmşir oğlu Baxşalıyev saxlanılıblar.

Onlara Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxslər barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Onu da qeyd edək ki, saxlanılan şəxslərin hər ikisi musiqi müəllimidir.

Related Articles

050-295-94-79
top