Vidadi Zeynalov restoran işlətməyə başladı: “Xanımım aşbazların başında durur”

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.Bu barədə unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus “Məlhəm” restoranını işlədir: “Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.

TİA.AZ

Related Articles

050-295-94-79
top