“Evimə kişilər gələ bilməz” — Məleykə Əsədova

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Tək qadınam, hər şey üstümdədir. Çox istəyərdim bağım olsun, amma baxa bilmirəm. Bunun üçün kişi olmalıdır. Təklik məni bezdirmir, qızımla yaşayıram”.

 
 AYDINLI.AZaxşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Bağ mövsümü” verilişində deyib. Aktrisa ikinci dəfə ailə qurub-qurmayacağı ilə bağlı sualları cavablandırıb. Əsədova bildirib ki, qızı Gülərə görə heç vaxt bunu etməyəcək:


“Hərdən deyirsən “kişi kimi qadın”. Qadınam, amma kişi qüdrətli qadınam. Kişilərin xətrinə dəyməsin, qadınlarımız daha qeyrətlidir. Əvvəlki zamanla müqayisədə, əsl kişilərin sayı indi azalıb.


Bütün həyatımı övladıma həsr etmişəm. Şükür buna, qızım xoşbəxt olsun, bəsimdir. Heç düşünmürəm ki, ikinci dəfə ailə qurum. Evimdə qız böyüdürəm. Evimə heç qohum olan kişi də gələ bilməz. Gələndə, gərək mən evdə olum”.

Related Articles

050-295-94-79
top