“Muğanbank” müştərilərindən əlavə ödəniş tələb edir – FAKTLAR

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bu barədə redaksiyamıza Xaçmaz rayon sakini Turab Mədinov tərəfindən daxil olan məktubda məlumat verilir.

T.Mədinov qeyd edir ki, anası – 1960-cı il təvəllüdlü Mədinova Minarə Xammed qızı 2015-ci ilin fevral ayında “Muğanbank“ın Xaçmaz rayon filialından 1700 dollar kredit götürüb və müqaviləyə əsasən kreditin təyin olunmuş 9 aylıq ödəniş öhdəliyini vaxtlı-vaxtında yerinə yetirib. Lakin sonradan devalvasiya ilə əlaqədar ödənişlərin həyata keçirilməsində müəyyən gecikmələr yaşanıb və bank müqavilə şərtlərində nəzərdə tutduğu müddətdən sonra əmanətinin geri qaytarılması iddiası ilə işi məhkəməyə göndərib.

Məhkəmə qalıq kreditin müştəri Minarə Mədinovanın əmək pensiyasından tutulması barədə qərar qəbul edib və qərar bir müddət icra olunub. Ölkə başçısının 28 fevral 2019-cu il tarixində fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmandan sonra bank Minarə Mədinova ilə yenidən güzəştli kredit müqaviləsi bağlayıb. Və bununla da ödənilmiş kredit məbləğindən 1000 manatı kompensasiya kimi dəyərləndirərək qalıq məbləğdən silib.

“Təsəvvür edin ki, 1700 dollar götürmüşəm və 2246 manat ödəmişəm. 1000 manatı da prezidentin sərəncamından sonra siliblər. İndi deyirlər ki, yenə 1750 manat borcumuz qalıb,” – deyə bankdan narazılığını bildirən şikayətçi onu da əlavə edir ki, məsələ ilə əlaqədar müvafiq qurumlara müraciət etsələr də, faydası olmayıb. //konkret.az//

Teref.az

Related Articles

050-295-94-79
top