“Hər şalvar geyinənə kişi demədiyim kimi, hər uşaq doğan qadına da ana demirəm…”

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Kişilərimiz evlənirlər, amma ailələrini saxlaya bilmədikləri üçün qadınlar onlardan boşanır”

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov boşanmalar haqda danışarkən deyib. R.Mahmudov bu cür halların gələcəyimiz üçün faciə olduğunu bildirib:

“Boşanmaların bir neçə səbəbləri var. O səbəblərdən biri kasıbçılıqdı, ikinci bir səbəb isə hər ay əlli tondan çox ölkəyə gətirilən Palma yağlarıdır ki, kişilərin kişiliyini əlindən alır. Bununla yanaşı, sosial şəbəkələr də milləti pozub. Səbəblərdən biri də ailələrə kənar müdaxilələrin olmasıdır. Xüsusən qız anaları bu işlərə çox qarışırlar. Hələ mən bir neçə səbəbləri sadaladım, problemlər çoxdu. Kişilərimiz evlənirlər, amma ailələrini saxlaya bilmədikləri üçün qadınlar onlardan boşanır. Boşanmaların sayının artması isə gələcəyimiz üçün faciədir”.

R.Mahmudov gənclərimizə evlənmədən öncə fikirləşməyi, bir-birilərini tanımağı tövsiyə edib:

“Bizim elə qadınlarımız var ki, ləçərdi, psixoloji durumları normal deyil, hikkəlidirlər və ona görə də kişilər onlardan canlarını qurtaranda şükür edirlər. Bu problemlər kişilərdə də var. Mən gənclərimizə tövsiyə edirəm ki, evlənəndə düşünsünlər, bir-birilərini tanısınlar. Elə qırmızı tuman görən kimi sevdim deyib yapışmasınlar. Baxsınlar görsünlər bu adamla yaşaya bilərlərmi. Hər şalvar geyinən adama kişi demədiyim kimi, hər uşaq doğan qadına da ana demirəm. Hər adam da ana olmur, oğul”.

Related Articles

050-295-94-79
top